Tovuzda avtomobil azyaşlını vuraraq öldürüb

Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Ağdam kəndində qeydə alınıb.

Ağdam rayon sakini, 1987-ci il təvəllüdlü Elman Azad oğlu Abdullayev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu keçmək istəyən piyada, Ağdam rayon sakini, 2013-cü ildə təvəllüdlü Avaz Vəkil oğlu Məmmədovu vurub. Nəticədə piyada ağır xəsarətlər alıb. O, xəstəxanaya aparılıb. Lakin yaralının artıq öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47