Tovuzda avtomobil atlını vurub - FOTO

Tovuz. 9 aprel. REPORT.AZ/ Tovuz rayonunda avtomobil atlını vurub.

"Report"un Qərb bürosu xəbər verir ki, hadisə rayonun Alakol kəndində baş verib.

Belə ki, "VAZ-2107" markalı minik avtomobili atla hərəkətdə olan 25 yaşlı Sərxan Səfərlini vurub. Nəticədə S.Səfərli müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırlıb və ona tibbi yardım göstərilib. S.Səfərlinin vəziyyətinin orta-ağır olduğu bildirlir.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Digər xəbərlər

Şəkidə 4 nəfəri çaqqal dişləyib 11 sentyabr, 2026 / 13:05
Xəzər dənizində zəlzələ olub 10 sentyabr, 2026 / 10:41