Tovuzda avtomobil ağaca çırpılıb, sürücü xəsarət alıb

Tovuz. 31 avqust. REPORT.AZ/ Tovuzda baş verən yol qəzası zamanı 1 nəfər xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Tovuz şəhərində yerləşən marketlərin birinin qarşısında qeydə alınıb. 

Avtomobilin idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində sürücü, 1992-ci il təvəllüdlü Ələkbər Hüseynov müxtəlif bədən xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər