Tovuzda 9 yaşlı uşağı avtomobil vurub

Tovuz. 3 iyun. REPORT.AZ/ Tovuz rayonunda 9 yaşlı piyadanın vurulması ilə nəticələnən avtomobil qəzası baş verib.

"Report" Qərb bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində baş verib.

Kənd sakini, 2008-ci il təvəllüdlü Yüsibov Fuad Elnur oğlu oyun oynayarkən yolu keçmək istəyib və bu zaman onu avtomobil vurub. Yaralı yaxınlarının köməyi ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Həkimlər tərəfindən tibbi yardım göstərililən uşağın vəziyyəti orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27