Tovuzda 43 yaşlı kişini ilan sancıb

Tovuz. 28 iyul. REPORT.AZ/ Tovuz rayonunun Vahidli kəndində ilansancma hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, 1974-cü il təvəllüdlü kənd sakini Quliyev Ceyhun Arif oğlu həyətyanı sahədə işləyən zaman ayağından ilan sancıb.

O, yaxınları tərəfindən xəstəxanaya aparılıb və tibbi yardım göstərildikdən sonra Reanimasiya şöbəsinə yerləşdirilib. Yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45