Tovuzda 34 yaşlı qadın zəhərlənib

Tovuz rayonunda zəhərlənmə hadisəsi olub.

"Report"un Qərb mərkəzinin məlumatına görə, Tovuz rayon sakini, 1987-ci il təvəllüdlü Günel Cəfərova yaşadığı evdə dəm qazından zəhərlənib. O, yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. G.Cəfərovaya həkimlər tərəfindən tibbi yardım göstərilib. Onun vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14