Tovuzda 33 yaşlı kişi alkoqoldan zəhərlənərək komaya düşüb

Tovuz. 4 avqust. REPORT.AZ/ Tovuz rayonunda 33 yaşlı kişi alkoqoldan zəhərlənərək komaya düşüb.

"Report"un Qərb bürosunun məlumatına görə, Tovuz rayon sakini, 1984-cu il təvəllüdlü Samir Sulidin oğlu Quluyev yaxınları tərəfindən xəstəxanaya aparılıb və həkimlər tərəfindən tibbi yardım göstərilərək reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47