Tovuzda 3 uşaq anası intihar edib

Tovuz. 1 oktyabr. REPORT.AZ/ Tovuz rayonunda intihar hadisəsi qeydə alınıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Qovlar şəhərində baş verib. 

Belə ki, 1990-cı il təvəllüdlü Ülviyyə Arif qizi Həsənova özünü zəhərləyərək intihar edib. Hadisənin səbəbləri hələki məlum deyil.

Qeyd edək ki, qadın ailəli olub və 3 uşağı var.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27