Tovuzda 29 yaşlı qadın intihara cəhd edib

Tovuz. 1 iyul. REPORT.AZ/ Tovuz rayonunda qadın intihara cəhd edib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qovlar şəhərində baş verib.

Belə ki, 1989-cu il təvəllüdlü A. Yəhyayeva kimyəvi maddə içərək özünü zəhərləyib. O, yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. 

Qadının vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14