Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, Bozalqanlı kənd sakini, 1990-cı il təvəllüdlü Asif İsmayılov kafedə tanışı ilə mübahisə edib. Mübahisə Asif İsmayılovun bıçaqlanması ilə yekunlaşıb.
Qarın nahiyəsindən bıçaq xəsarəti alan 29 yaşlı A. İsmayılov dərhal xəstəxanaya aparılıb. Faktla bağlı araşdırma aparılır.