Tovuzda 26 yaşlı qadını ilan sancıb

Tovuz rayonunda 26 yaşlı qadını ilan sancıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Dondarquşçu kəndində qeydə alınıb. 

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan kənd sakini təsərrüfatla məşğul olan zaman onu ilan sancıb. 

Yaxınları tərəfindən xəstəxanaya yerləşdirilən qadına həkimlər tərəfindən tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41