Tovuz rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası olub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Məşədilər kəndində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində Məşədilər kənd sakini, 1965-ci il təvəllüdlü Elçin Abbasov və İbrahımhacılı kənd sakini, 1967-ci il təvəllüdlü Novruz Mehdiyev müxtəlif bədən xəsarətləri alıblar. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.