Tovuzda yeniyetmə qızı ilan sancdı

Tovuz rayonunda yerli sakini ilan sancıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Əlibəyli kəndində qeydə alınıb.

Belə ki, ilan 2006-cı il təvəllüdlü Z.Hacıyevanı əlindən sancıb. O, yaxınları tərəfindən xəstəxanaya aparılıb. Z.Hacıyevanın vəziyyəti ağır olduğundan Bakı şəhərində yerləşən xəstəxanaların birinə göndərilməsi planlaşdırılır.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26