Tovuz sakini yük maşınının qoşqusunun altında qalaraq ölüb

Tovuz. 21 iyul. REPORT.AZ/ Tovuz rayon sakini yük maşınının qoşusunun altında qalıb. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Çatax kəndi ərazisində qeydə alınıb. 
Belə ki, həmin kəndin sakini Məstan Hüseynovun idarə etdiyi "QAZ-53" marakalı avtomobillə hərəkətdə olan zaman maşının qoşqusu yerindən çıxaraq Habil Qafarovun üstünə aşıb. Yaralı Tovuz Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14