Tovuz sakini yeznəsini bıçaqlayıb

Tovuz. 8 noyabr. REPORT.AZ/ Tovuz rayonunda bıçaqlanma hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, rayon sakini, 2000-ci il təvəllüdlü Həsən Əliyev ailə münaqişəsi zəminində yeznəsi, 1994-cü il təvəllüdlü İzzət Əliyevi bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisəni törədən H.Əliyev isə polisə təslim olub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Şəkidə evdə partlayış olub 23 yanvar, 2026 / 09:36