Tovuz sakini həmkəndlisini bıçaqlayıb

Tovuzda iki həmkəndlinin mübahisəsi birinin bıçaqlanması ilə nəticələnib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Tovuz rayon İbrahim Hacılı kənd sakini, 1993-cü il təvəllüdlü Leysan Kazımov mübahisə zəminində həmkəndlisi, 1987-ci il təvəllüdlü Araz Əmiraslanov tərəfindən bıçaqlanıb. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Bıçaq daxilə keçmədiyindən onun vəziyyəti qənaətbəxş hesab olunur.

Hadisəni törətməkdə şübhəli bilinən A.Əmiraslanov isə polis şöbəsinə aparılıb.

Fakta bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Ağdamda traktor minaya düşüb 05 sentyabr, 2026 / 23:54
Xırdalanda restoran yanıb 04 sentyabr, 2026 / 09:37