Tovuzun Böyük Qışlaq kənd sakini bədbəxt hadisə zamanı ölüb

Tovuz. 20 iyul. REPORT.AZ/ Tovuz rayonunun Böyük Qışlaq kənd sakini Habil Qafarov mərasimlərdə istifadə olunan soyuducunun altında qalıb. 

"Report"un Qərb bürosunun məlumatına görə, onun üzərinə ehtiyatsızlıqdan soyuducu aşıb. Yaralı dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Ağır bədən xəsarətləri alan H.Qafarovun həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər

Sarayda minik avtomobili yanıb 01 mart, 2026 / 19:58
Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26