Tovuz sakini avtobus dayanacaqlarının şüşələrini oğurlayıb

Bakı. 3 may. REPORT.AZ/ Oğurluq etdiyinə görə tutulmuş Tovuz sakininin avtobus dayanacaqlarının yan şüşələrini sökərək oğurlaması müəyyən edilib.

DİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş Kamran Novruzovun ətrafında Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 2 avtobus dayanacağının yan şüşələrini sökərək oğurlaması müəyyənləşdirilib.

Araşdırmalar davam edir. 

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47