Tovuzda 2 avtomobil toqquşub, yaralılar var

Tovuz şəhərində xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Tovuz şəhəri ərazisində baş verib.

İki avtomobilin toqquşması nəticəsində 3 nəfər - 1998-ci il təvəllüdlü Anar Allahyarov, 1992-ci il təvəllüdlü Vaqif Ələsgərzadə və onun həmyaşıdı Vahid Ələsgərzadə xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib. 

Onların vəziyyətlərinin kafi olduğu bildirlir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47