“Topaz”dan 6220 manat pul oğurlanıb

Bakıda “Topaz” mərc oyunları məntəqəsindən pul oğurlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bekə ki, Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində “Topaz” mərc oyunları məntəqələrinin birindən 6220 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Z.Əlizadə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39