Tonqada 5,5 bal gücündə zəlzələ baş verib

Sakit okeanın cənubunda, Tonqa Krallığı sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.

“Report” xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların episentri Ohonua kəndindən 94 km cənub-qərbdə, zəlzələ ocağı 40 kilometr dərinlikdə yerləşib.

Dağıntı və xəsarət alanlar barədə məlumat verilmir.

Qeyd edək ki, Tonqa Sakit okeanın cənubunda 170 kiçik adadan ibarət ölkədir.

Digər xəbərlər