​Tofiq Bəhramov adına Respublika stadionunda bədbəxt hadisə baş verib

Bakı. 6 noyabr. REPORT.AZ/ Tofiq Bəhramov adına Respublika stadionunda bədbəxt hadisə baş verib. 

"Report"un məlumatına görə, stadionun 11 saylı darvazasının azarkeşlərin üstünə aşması nəticəsində 1 nəfər xəsarət alıb.

1995-ci il təvəllüdlü Samir Mirzəyev təcili olaraq 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. 

Qeyd edək ki, bu gün UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycanın "Qarabağ" klubu Respublika stadionunda Ukraynanın "Dnepr" kollektivini qəbul edir.

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45
DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48