Bakı. 11 sentyabr. REPORT.AZ/ "MM.ORBİTA-LTD" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunu məhkəməyə verib.
"Report"un xəbərinə görə, MMC institutdan sertifikat verilməsini tələb edir.
İşə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.
Qeyd edək ki, "MM.ORBİTA-LTD" MMC yaşayış binalarının tikintisi və inşaat sektorunun tikinti materiallarına olan tələbatını təmin edən şirkətdir.