Tikinti şirkəti 8 min manat cərimələndi

“Xaçın Çay” Təmir-Tikinti Kooperativi ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulmasına görə inzibati qaydada 8 min manat cərimə edilib.

“Report” xəbər verir ki, Binəqədi Rayon Məhkəməsi şirkəti İnzibati Xətalar Məcəlləsinin 275.2-ci (ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə) maddəsi ilə təqsirli bilib.

“Xaçın Çay” Təmir-Tikinti Kooperativi qərardan apelyasiya şikayəti verib.

Digər xəbərlər

Sarayda minik avtomobili yanıb 01 mart, 2026 / 19:58
Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26