Ticarət mərkəzində qətl hadisəsi baş verib

Bakı. 22 aprel. REPORT.AZ/ Bərdə rayonunda yerləşən ticarət mərkəzinin ərazisində 35 yaşlı rayon sakini Elsevər Cəfərov bıçaqlanıb.

Bərdə rayon prokurorluğundan "Report"a verilən məlumata görə, hadisə Ağdam rayon sakini Ceyhun İbrahimovla şəxsi münaqişə zəminində baş verib.

Nəticədə C.İbrahimov E.Cəfərova ürək nahiyəsindən bıçaq zərbələri endirib.

Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törədən C.İbrahimov tutularaq istintaqa cəlb edilib.

Faktla bağlı Bərdə rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Digər xəbərlər

Şahbuzda zəlzələ olub 04 avqust, 2026 / 12:08
İmişlidə zəlzələ olub 03 avqust, 2026 / 22:17