Tətil günlərində yol qəzalarında 7 nəfər ölüb

Tətil günlərində Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Report"a bildirilib ki, aprelin 30-dan mayın 4-dək (30 aprel, 1, 2, 3 may) respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib.

Nəticədə 7 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 15 aprel, 2026 / 07:43