​Tərtərin Qaraqoyunlu kəndində ev yanıb

Bakı. 3 may. REPORT.AZ/ Bu gün axşam saatlarında Tərtər rayonunun Qaraqoyunlu kəndində vətəndaşa məxsus birmərtəbəli evdə yanğın qeydə alınıb.

"Report" xəbər verir ki, nəticədə 3 otaqlı evin mətbəxinin yanar konstruksiyaları və mətbəx əşyaları 20 kv.m sahədə yanıb.

Yaşayış evinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 10 sentyabr, 2026 / 10:41