Tərtər. 11 avqust. REPORT.AZ/ Tərtər rayonunda zəncirvari yol qəzası baş verib.
"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Şixarx qəsəbəsi yaxınlığında qeydə alınıb.
Belə ki, "Mercedes", "Niva" və "VAZ-2106" markalı minik avtomobilləri toqquşub. Nəticədə sürücülərdən ikisi xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.