Tərtərdə silah-sursat tapılıb

Tərtər Rayon Polis Ṣöbəsinin əməkdaşları rayon ərazisində silah-sursat tapıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı rayon ərazisindən 1 avtomat, 2 tüfəng, 12 qumbara, avtomat daraqları və güllələr aşkar aşkar olunaraq götürülüb.

Bundan əlavə polis əməkdaşları piroxtexniki vasitələrin yayılmasının qarşısın alınması istiqamətində də tədbir keçirib. Tədbir zamanı rayon sakinlərindən aşkarlanan xeyli sayda pirotexniki vasitələr götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45