Tərtərdə keçmiş məhkumdan çətənə kolları götürülüb - FOTO

Tərtər rayonunda keçmiş məhkumdan çətənə kolları götürülüb.

Bu barədə "Report"un Qarabağ mərkəzinə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib. 

Belə ki, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Sarıcalı kənd sakini Eldar Əliyevin həyətyanı sahəsinə baxış keçirilən zaman yetişdirdiyi 9 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülüb.

Qeyd edək ki, E.Əliyev əvvəllər də məhkumluq həyatı yaşayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Digər xəbərlər