Tərtərdə iki yaşlı körpəni elektrik cərəyanı vuraraq öldürüb - YENİLƏNİB

Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində elektrik cərəyanı vuran uşaq xəstəxanada ölüb.

"Report"un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, 2017-ci il təvəllüdlü Üzeyir Fədail oğlu Xəlilzadəni elektrik cərəyanı vurub. Körpə valideynləri tərəfindən Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayraq onun həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı araşdırmalara başlanılıb. 


*** 08:23

Tərtər rayonunda bədbəxt hadisə baş verib.

Tərtər Rayon Prokurorluğundan "Report"un Qarabağ Mərkəzinə verilən məlumata görə, rayonun Azad Qaraqoyunlu kəndində 2017-ci il təvəllüdlü Üzeyir Fədail oğlu Xəlilzadəni elektrik cərəyanı vurub. Körpə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırlıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14