Tərtərdə iki avtomobil toqquşdu, sürücü öldü

Tərtər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, hadisə iyunun 21-də saat 20 radələrində Tərtər rayonunun Azadqaraqoyunlu kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini Təhməz Məmmədovun idarə etdiyi “VAZ-21074” markalı avtomobillə Bərdə rayon sakini C.Əlizadənin idarə etdiyi “İsuzu” markalı yük avtomobili toqquşub.

Nəticədə T.Məmmədov hadisə yerində ölüb, C.Əlizadə və bir sərnişini xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər