Tərtərdə gənc oğlanı ilan sancıb - FOTO

Tərtər rayonunun Qaradağlı kəndində yerli sakini ilan sancıb.

"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, hadisə 1992-ci il təvəllüdlü yerli sakin Polad Əliyev meyvə bağında olan zaman baş verib.

Zərərçəkmiş yaxınları tərəfindən Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Sonradan vəziyyəti ağırlaşan 27 yaşlı gənc Bakı Toksikoloji Mərkəzinə göndərilib.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41