Tərtərdə avtomobillər toqquşub, ölən var

Tərtər rayonunda ölümmlə nəticələnən yol qəzası baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, dekabrın 27-i saat 1 radələrində rayonun Ələsgərli kəndi ərazisində Bərdə rayon sakini Amin Əsədov idarə etdiyi “Khazar” markalı avtomobili qarşıda gedən Tərtər şəhər sakini A.Hüseynovun idarə etdiyi “VAZ-2102” markalı avtomobilə vurub. Nəticədə xəstəxanaya yerləşdirilən A.Əsədov orada ölüb.

Tərtər Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41