Tərtərdə ağır yol qəzasında dörd nəfər yaralanıb

Tərtərdə ağır yol qəzası baş verib.

“Report”un Qarabağ bürosunun verdiyi xəbərə görə, yol-nəqliyyat hadisəsi rayonun Sarıcalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində Tərtər rayon Cəmilli kənd sakinləri 1961-ci il təvəllüdlü Şabanov Eldar Əli oğlu, 1986-cı il təvəllüdlü Şahbazov Elməddin Eldəniz oğlu, 1963-cü il təvəllüdlü Şabanov Elxan Əli oğlu və 1955-ci il təvəllüdlü Əliaslanov Məzahir Şəkəralı oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar təcili tibbi yardım avtomobili ilə Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Gəncədə ev yanıb, ölən var 26 mart, 2026 / 10:51