Tərtərdə 8 kəndin subartezian quyularından elektrik kabelləri oğurlanıb

Bakı. 31 yanvar. REPORT.AZ/ Tərtər rayonunda 3 subartezian quyusundan elektrik kabelləri kəsilərək oğurlanıb. 

"Report" xəbər verir ki, hadisə rayonun Evoğlu kəndində baş verib.

Belə ki, Rayon Mexaniki Suvarma İdarəsinə məxsus 3 subartezian quyularından müvafiq olaraq 17, 55 və 30 metr elektrik kabelləri kəsilərək oğurlanıb.

Tərtər Rayon Polis Şöbəsi (RPŞ) və Bərdə RPŞ-nin əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən kənd sakinləri Səbuhi Əliyev və Xalid Tağıyev tutulublar. Onların Soğanverdilər, Şahvəlilər, Xanərəb, Dəymədağlı, Hacalı-2, Mehdixanlı və Tağılar kəndələri ərazilərindəki subartezian quyularını elektrik enerjisi ilə təmin edən kabelləri kəsərək oğurlamaları da müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam edir.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47