Tərtər sakini göbələkdən zəhərlənib

Tərtər rayonu Şıxarx qəsəbə sakini kafedə yediyi göbələkdən zəhərlənib.

"Report"un məlumatına görə, hadisə martın 22-də baş verib.

1977-ci il təvəllüdlü Yalçın Qasım oğlu Atakişiyev zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilb, vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər

Astarada avtomobil aşıb, ölən var 06 oktyabr, 2026 / 00:33
Bakıda məktəbli bıçaqlanıb 05 oktyabr, 2026 / 17:29