Teplovozdan yanacaq oğurlamağa cəhd göstərən şəxslər saxlanılıb

Bakı. 8 mart. REPORT.AZ/ Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən teplovozdan yanacaq oğurlamağa cəhd göstərən şəxslər saxlanılıb.

Bu barədə "Report"a DİN Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, martın 7-də Keşlə Dəmiryolu stansiyasının ərazisində teplovozdan 60 litr dizel yanacağı oğurlamağa cəhd göstərən 2 nəfər Keşlə Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırmalarla onların maşinist və köməkçisi olduqları müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39