Tələbə dənizdə boğulub

Bakı. 18 avqust. REPORT.AZ/ Biləsuvar rayon sakini dənizdə boğulub.

"Report"un Muğan bürosu xəbər verir ki, dünən rayon sakini 1999 –cu il təvəllüdlü Orucov Kənan Zahid oğlu Bakıdakı çimərliklərin birində boğularaq, dünyasını dəyişib.

Məlumata görə, K. Orucov Azərbaycan Memarlıq və İnşaat Universitetinin 3-cü kurs tələbəsi olub.

Mərhum gənc bu gün doğulduğu Biləsuvar rayonunda dəfn edilib.

Digər xəbərlər

Qubada zəlzələ qeydə alınıb 14 avqust, 2026 / 21:06
Sumqayıtda kafe yanıb 14 avqust, 2026 / 17:48