Bakı. 9 iyul. REPORT.AZ/ Bakıda dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib.
"Report" Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.
FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, 1 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib. Vətəndaşı FHN-nin dalğıc-xilasediciləri xilas edib.