Tanınmış tibb mərkəzi "Azərsu" ASC-ni məhkəməyə verib

Bakı. 3 oktyabr. REPORT.AZ/ "Euromed Özəl Tibb Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) "Azərsu" Açıq Səhmdar Cəmiyyətini (ASC) məhkəməyə verib.

"Report"un xəbərinə görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MMC elektrik və ya istilik enerjisinin ödənilməsi barədə tələb irəli sürüb.

Məhkəmənin hazırlıq iclası oktyabrın 15-nə təyin edilib.

İddia hakim İlham Əhmədovun icraatına verilib.

Qeyd edək ki, "Euromed Özəl Tibb Mərkəzi" MMC 2002-ci ildən fəaliyyət göstərir.

Digər xəbərlər