​Bakıda “Opel” markalı avtomobil qəza törədib, sürücü ölüb

Bakı. 5 sentyabr. REPORT.AZ/ Sentyabrın 4-də saat 14:30 radələrində, Pirşağı-Mehdiabad yolunda Pirşağı qəsəbə ərazisində Bakı şəhər sakini Yaşar Həsənabadov avtomobillə idarəetməni itirərək maneəyə vurub.

Sabunçu Rayon Polis idarəsindən "Report"a verilən məlumata görə, qəza nəticəsində sürücü hadisə yerində ölüb.

Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41