Suraxanı rayonunda traktorun vurduğu piyada ölüb

Bakı. 2 Oktyabr. REPORT.AZ/ Bakının Suraxanı rayonunda piyada traktorla vurulub. "Report"un  Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi məlumata görə, rayon ərazisində Bakı şəhər sakini Rəfayel Məmmədov idarə etdiyi “Cukuroba” markalı traktorla Elimxan Bayramovu vurub. Xəstəxanaya yerləşdirilmiş E.Bayramov orada dünyasını dəyişib.

Hadisə ilə bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

Kürdəmirdə 6 otaqlı ev yanıb 06 mart, 2026 / 11:24