Bakı. 21 noyabr. REPORT.AZ/ Bakıda qadını döyərək pulunu alan şəxs saxlanılıb.
Bu barədə “Report”a DİN-Nin Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 19-da Zığ qəsəbəsi ərazisində Bakı şəhər sakini olan qadını döyərək quldurluq yolu ilə pulunu almaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Afət Məmmədov saxlanılıb.