​Suraxanı rayonunda minik avtomobili yanıb

Bakı. 8 aprel. REPORT.AZ/ Axşam saatlarında Bakının Suraxanı rayonunda vətəndaşa məxsus "BMW" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 22:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər

Lerikdə zəlzələ baş verib 01 avqust, 2026 / 19:37