Sumqayıtda zəncirvari qəza olub, yaralılar var

Sumqayıtda “Toyota Prius”, “Mercedes” və “ Nissan” markalı avtomobillər toqquşub.

"Report"un yerli bürosu xəbər verir ki, qəza nəticəsində 2 nəfər yaralanıb. Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb.

İlkin ehtimala görə, qəzaya səbəb “Toyota” markalı avtomobilin dönmə əməliyyatını düzgün yerinə yetirməməsi göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50