Sumqayıtda yük maşını qadın piyadanı vuraraq öldürüb - VİDEO

Sumqayıtda yük maşını qadın piyadanı vuraraq öldürüb.

“Report”un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Cəfər Cabbarlı küçəsində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən 1961-ci il təvəllüdlü Hənifə Nəsib qızı Qənbərovanı yük avtomobili vurub. Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.



Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14