Sumqayıt şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə 17-ci mikrorayonda baş verib
Belə ki, “Suzuki” markalı “90 OP 812” dövlət nömrə nişanlı avtomaşın yolu keçən 1967-ci il təvəllüdlü Nağıyeva Zöhrə Vəlican qızını vurub.
Yaralı ətrafdakıların köməkliyi ilə xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.