Sumqayıtda yol qəzası baş verib, xəsarət alan var

Sumqayıt şəhərində yol qəzası baş verib.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, qəza şəhərin Sərvər Bədəlbəyli küçəsində qeydə alınıb.

Belə ki, minik avtomobili ilə motosiklet toqquşub. Hadisə nəticəsində motosikletin sürücüsü, 1986-cı il təvəllüdlü Bəhruz Bayramov kəllə-beyin travması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47