Sumqayıtda yol-nəqliyyat hadisələri nəticəsində iki azyaşlı ağır yaralanıb

Sumqayıt. 29 mart. REPORT.AZ/ Ötən gün axşam Sumqayıt şəhərində eyni vaxta iki yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, mərkəzi küçələrdən birində qeydə alınan qəza zamanı şəhər sakinləri - 2011-ci təvəllüdlü Fuad Sadiq oğlu Əliyev və 2014-cü il təvəllüdlü Sənan Teymur oğlu Əhmədli ağır xəsarətlərlə xəstəxanaya çatdırılıblar.

Hər iki yaralı Reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisəyə yüksək sürət və sürücü məsuliyyətsizliyinin səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47